Preview
Description
Topdan Sat — Azərbaycan üçün B2B topdan satış platformasıdır. Pərakəndə satıcılar öz bölgəsinə çatdıran yoxlanmış təchizatçıları tapır, topdançılar isə vitrinini, sifarişlərini, fakturalarını və borclarını bir tətbiqdən idarə edir. ALICILAR ÜÇÜN • Şəhərinizə və ya bölgənizə həqiqətən çatdıran təchizatçılara baxın • Qutu ilə sifariş verin, sayına görə endirimdən yararlanın • Ödəniş üsulunu seçin: nağd, qismən və ya nisyə • Hər sifarişi qəbuldan çatdırılmaya qədər izləyin • Fakturalarınızı və qalıq borclarınızı bir siyahıda saxlayın TOPDANÇILAR ÜÇÜN • Kataloqunuzu şəkil, stok və endirimli qiymətlərlə yerləşdirin • Məhsula ölçü və rəng variantları əlavə edin: hər birinin öz qiyməti və stoku olur • Gələn sifarişləri qəbul və ya rədd edin, alıcıya çatdırılma gününü bildirin • Satış bağlanmazdan əvvəl endirim edin • Təhvil zamanı faktiki ödəniş növünü təsdiqləyin və fakturanı yerindəcə yazın • Tətbiqdəki kassa ilə mağazada birbaşa satış edin • Borcları müştəri üzrə izləyin, vaxtı keçmiş borclar ayrıca göstərilir • İstənilən fakturanı PDF və ya termal çek kimi paylaşın və ya çap edin YALNIZ YOXLANMIŞ BİZNESLƏR Hər hesab ticarətə başlamazdan əvvəl VÖEN-ə görə yoxlanılır. Siz anonim elanlarla yox, qeydiyyatdan keçmiş bizneslərlə işləyirsiniz. ABUNƏLİK Tətbiqdən istifadə pulsuzdur. Topdançı 10 məhsula qədər yerləşdirə və əsas göstəricilərini ödənişsiz görə bilər. Pro məhsul limitini aradan qaldırır və tam satış statistikasını, borclu analitikasını, ixrac alətlərini açır. • Pro Aylıq — 7 günlük pulsuz sınaq, sonra avtomatik yenilənən aylıq abunəlik • Pro İllik — 14 günlük pulsuz sınaq, sonra avtomatik yenilənən illik abunəlik Ödəniş alış təsdiqlənəndə Apple ID hesabınızdan tutulur. Avtomatik yenilənmə cari dövrün bitməsinə ən azı 24 saat qalmış söndürülməsə, abunəlik avtomatik yenilənir. Yenilənmə haqqı cari dövrün bitməsinə 24 saat qalmış hesabınızdan tutulur. Alışdan sonra abunəliklərinizi idarə edə və avtomatik yenilənməni App Store hesab ayarlarında söndürə bilərsiniz. İstifadə şərtləri: https://topdansat.app/terms_wholesaler.html Məxfilik siyasəti: https://topdansat.app/privacy_policy.html İkonlar: Icons8 (icons8.com).
What's New
Version 1.0.9 2026-11-25
Bu versiyada: • Ölçü və rəng variantları: hər variantın öz qiyməti, stoku və barkodu var. Alıcı variantı məhsul səhifəsində seçir, kassa da variantla satır. • ...Bu versiyada: • Ölçü və rəng variantları: hər variantın öz qiyməti, stoku və barkodu var. Alıcı variantı məhsul səhifəsində seçir, kassa da variantla satır. • Endirimə say şərti: kampaniyaya «10 ədəd və üzəri» kimi şərt qoymaq olur. • Yeni PRO səhifəsi: qiymətlər və pulsuz sınaq müddəti birbaşa App Store-dan göstərilir. • Uzun faktura bir neçə səhifəyə bölünür, heç bir sətir itmir. • Məhsul redaktə edilərkən satış olsa, stok düzgün qalır. • Dəstək bölməsində Telegram botu. Technical Analysis
Package Overview Basic metadata
Bundle ID
az.topdansat.app Current Version 1.0.9
Minimum iOS 15.6
Package Size App Store Size
Package Metadata 0 / 0 version records
Detailed binary, privacy manifest, framework, and Info.plist results have not been indexed for this package yet. The verified App Store and archive metadata above remains available.
Developer Information
Known Version Records
0 version records with stored package metadata
Stored metadata does not guarantee a package is currently available to download.
| Details | Version / IDs | Version date | Action |
|---|